Həkimdən XƏBƏRDARLIQ:

Klassik korona ilə müqayisədə “Omikron” ştamına yoluxanlarda xəstəliyin ilkin əlamətləri atipik olur. Yüngül boğazağrısı və ya burun axması halı baş verir.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim İsmayıl Əfəndiyev deyib. O bildirib ki, bəzi hallarda bu əlamətlər xəstələrdə çaşqınlıq yaradır:

“Onlar fikirləşmirlər ki, bu əlamətlər COVİD-19 xəstəliyinin ilkin əlamətləridir. Atipik simptomlar hiss edilirsə, dərhal COVİD-19 testi verilməlidir. Çünki artıq uşaqlar da “Omikron” ştamına yoluxurlar”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR