Şimali Koreya səsdən sürətli raketi uğurla sınaqdan keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi agentliyi məlumat yayıb. Məlumata görə, mərmi 1000 kilometr məsafədəki hədəfi dəqiqliklə vurub. Bildirilir ki, sınaqları ölkə lideri Kim Çen In da izləyib. Açıqlamada qeyd edilir ki, testlərin məqsədi raketlə bağlı texniki məsələlərə son düzəlişləri etmək olub.