Almatıdakı iğtişaşlar zamanı cinayətkarlar şəhərin morqlarına yeddi dəfə hücum ediblər və oradan 40-dan çox cəsədi oğurlayıblar.

Metbuat.az xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəisi Kanat Taymerdenov bildirib.

“Ölüləri tərk etmədilər, yaralıları da özləri ilə apardılar. Bu günlərdə morqlara 7 hücum oldu, tərəfldarlarının 41 meyiti oğurlandı”, - deyə o bildirib.