Müalicə etmək bəhanəsi ilə otağına çağırdı: Aldadıb yuxu dərmanı verdi... - Təcrübəçi həkimdən iyrənc əməl /

Türkiyədə Barış Yağcı adlı həkimin iyrənc əməlləri üzə çıxıb.

Metbuat.az xəbər verir ki, Yağmur adlı qız səhhətində narahatlıq hiss etdiyi üçün həkimə müraciət edib. Məlumata görə, xəstəxanada təcrübəçi işləyən Barış həkim, qadını müalicə etmək bəhanəsi ilə otağına dəvət edib. O, qadına dərman əvəzinə yuxu gətirici vasitələr və spirtli içki verib. 21 yaşlı qadın yuxuya gedib. O səhər ayılanda üzərində təcavüz izlərinin olduğunu müşahidə edib.

Həkimin yuxuya getməsindən istifadə adın qadın otaqdan qaçaraq, polisə şikayət edib. Araşdırmalar nəticəsində 21 yaşlı qızın şübhələri sübut edilib və həkim nəzarətə götürülüb. Onun başqa xəstələrə qarşı da oxşar əməllər törətdiyi güman edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR