Türkiyə XİN Birləşmiş Ərəb Əmirliyinə qarşı hücumu pisləyib

Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları pisləyib.

Metbuat.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb:

“Hücumlarda həyatını itirənlərə Allah rəhmət eləsin, ailələrinə, Birləşmiş Ərəb Əmirlikləri xalqına və hökumətinə başsağlığı veririk", - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft infrastrukturunun dron hücumuna məruz qalması nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR