Britaniya Ukraynaya elit hərbi birləşmənin döyüşçülərini

Britaniya Ukraynaya elit hərbi birləşmənin döyüşçülərini yerləşdirib.

Metbuat.az xəbər verir ki, bu barədə "Sky News" yazır ki, Böyük Britaniya Ukraynaya yeni yaradılmış Ordu Xüsusi Əməliyyatlar Briqadasının onlarla hərbçisini yerləşdirib .

30-a yaxın elit britaniyalı hərbçidən ibarət qrup Ukrayna silahlı qüvvələrinə Böyük Britaniyanın hədiyyə etdiyi yeni tank əleyhinə silahlardan istifadə etmək üçün təlim keçmək üçün Ukraynaya gəlib. Hərbçilərin gözətçi alayına aid olduğu qeyd edilir.

Qeyd edək ki, Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi saytında Ordunun Xüsusi Əməliyyatlar Briqadasına dörd gözətçi batalyonunun daxil olduğu bildirilir. Bundan əlavə, vurğulanır ki, Ordu Xüsusi Əməliyyat Briqadasının bölmələri Londonun müttəfiqlərinin xüsusi təyinatlıları ilə “zorakı ekstremist təşkilatların yaratdığı təhlükələrə qarşı” birgə işləyəcəklər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR