Çin dünyadan nəyi gizlədir? - İnsanların bundan xəbəri yoxdur:

Çinin Tibet bölgəsində böyük ərazinin “Google Maps” tərəfindən gizlədilməsi müzakirələrə yol açıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat Reddit platformasında paylaşılıb. Bildirilir ki, həmin ərazi 30.846054 və 81.668028 kordinatlarında yerləşir. Bəzi istifadəçilər ərazinin gizlədilməsinin texniki səhvdən baş verə biləcəyini irəli sürür. Bəziləri isə iddia edir ki, Çin yeni texnologiyalar kəşf edib və dünyanın bu yeniliklərdən xəbərdar olmasını hələlik istəmir.

Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR