Səudiyyə Ərəbistanına ballistik raketlərlə hücum edildi -

Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanına iki ballistik raket atıb.

Metbuat.az xəbər verir ki, raketlər Cazan bölgəsinə düşüb. Nəticədə iki nəfər yaralanıb. Məlumata görə, onlar əcnəbilərdir. Yerli mənbələr yazır ki, hücum nəticəsində ərazidəki iş yerlərinə ciddi zərər dəyib. Hücumdan sonra koalisiya qüvvələri Husi üsyançılarının mövqelərini bombalayıb.

Qeyd edək ki, ötən həftə üsyançılar PUA-larla Birləşmiş Ərəb Əmirliklərinə hücum etmiş, bir neçə nəfər həlak olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR