Müsəlman nazirin postundan uzaqlaşdırılmasının səbəbləri araşdırılacaq

Böyük Britaniyanın Aviasiya və dəniz nəqliyyatı üzrə keçmiş naziri Nusrat Qaninin vəzifədən uzaqlaşdırılmasının səbəbləri araşdırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson təlimat verib. Qaninin iddiasına görə, o müsəlman olduğu üçün postundan uzaqlaşdırılıb.

Qeyd edək ki, Nusrat Qani 2018-ci ildə nazir postuna təyin olunmuşdu. Boris Consunun təkbaşına iqtidara gəlməsindən sonra Qani postundan uzaqlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR