Gürcüstanda koronavirusa yoluxma hallarının 90 %-i

Gürcüstanda hazırda COVID-19-a yoluxma hallarının 90 %-i “Omikron” ştamının payına düşür.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, ölkədə yeni ştama 1 600 yoluxma faktı qeydə alınıb, yoluxanların yalnız 16-sı xəstəxanaya yerləşdirilib.

A.Qamkrelidze deyib ki, yaxın iki həftə ərzində “Omikron”a yoluxma halları daha da artacaq.

Qeyd edək ki, qonşu ölkədə “Omikron”a ilk yoluxma halı ötən il dekabrın 20-də təsdiqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR