Qazaxıstandan PİS XƏBƏR: Sakinlər həyəcan içində... -

Qazaxıstan, Qırğızıstan və Özbəkistanda elektrik xəttlərindəki gərginliyin azalması səbəbilə enerjinin verilməsi kütləvi şəkildə dayanıb.

Metbuat.az xəbər verir ki, Qazaxıstanda gərginliyin düşməsinə texniki nasazlığın səbəb olduğu bildirilir. Almatı şəhəri ilə yanaşı bir sıra şəhərlərdə elektrik enerjisinin verilməsi tamamilə dayanıb. Nəticədə banklar, fabriklər və ticarət mərkəzlərinin fəaliyyəti dayanıb. Problemin səbəbindən xəbərsiz olan sakinlər, vəziyyəti həyəcanla qarşılayıb.

Qazaxıstanda baş verən problem eyni xətt üzərindən elektrik enerjisi ilə təmin edilən Qırğızıstan və Özbəkistanda da problemlərə yol açıb. Qırğızıstanın paytaxtı Bişkek və Oş şəhərlərində elektrik enerjisinin verilməsi dayanıb. Telefon əlaqələri kəsilib. İnternetə daxil olmaq olmur. Özbəkistanın bir sıra bölgələrində də oxşar problemlər yaşanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR