ABŞ-ın Florida ştatı sahillərində qayığın qəzaya uğraması nəticəsində 39 nəfər itkin düşüb.

Metbuat.az xəbər verir ki, xilasedicilər çevrilmiş qayığın üzərində dayanaraq sağ qalan bir nəfəri xilas ediblər. O bildirib ki, qayıqda olanların heç birinin təhlükəsizlik gödəkçəsi olmayıb.

Güman edilir ki, Baham adaları sahillərindən üzən qayıqdakı şəxslər qanunsuz yollarla ölkəyə daxil olmağa çalışıb.