Dünyaca məşhur sənətçi intihar etdi -

ABŞ-ın dünyaca məşhur aktyoru, səs rejissoru Peter Robbins intihar edib.

Metbuat.az xəbər verir ki, bu barədə Fox 5 televiziyası məlumat yayıb. Onun hansı şəraitdə öldüyü barədə açıqlama verilməyib. O, illərdir psixoloji problemləri ilə mübarizə aparırdı. Qeyd edək ki, Peter 1960-cı ildə hələ 9 yaşında olarkən "Peanuts” uşaq filmindəki Çarli Braun xarakterini səsləndirən ilk şəxs olub. Böyük nüfuz qazanan sənətçi ardınca digər filmlərə dəvət alıb. İllər sonra isə o bir sıra filmlərdə rol alıb. Peter radio aparıcısı kimi də tanınıb.

O, “Sonny”, “Cher” və Good Times” filmlərində yaratdığı obrazlarla tamaşaçıların qarşısına çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR