Ukrayna ilə bağlı ŞOK İDDİA: Çin lideri Putindən hücumun bu tarixdə başlamasını istəyib

“Bloomberg” Ukrayna məsələsi ilə bağlı diqqətçəkən iddia ortaya atıb.

Metbuat.az xəbər verir ki, iddialara görə, Çin Rusiyadan Ukraynaya Qış Olimpiya oyunlarından sonra müdaxilə etməsini istəyib. İddialara görə, müdaxilənin təxirə salınması məsələsi Çin lideri Si Cinpinlə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı gündəmə gəlib. Məsələyə Kremldən münasibət bildirilib və bu iddianın “inanılmaz axmaq iddia” olduğu açıqlanıb.

Qeyd edək ki, “Pekin-2022” Qış Olimpiya Oyunları fevralın 4-20 tarixlərində, Paralimpiya Oyunları isə martın 4-13 tarixlərində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR