Putinin tələbi rədd edildi - Yazılı cavab Rusiyaya göndərilib

“NATO Rusiyanın təhlükəsizlik məsələləri ilə bağlı təklifinə yazılı cavab verib”.

Metbuat.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama verib. O bildirib ki, Rusiyaya təqdim edilən yazılı cavab ABŞ ilə paralel formada edilib. Stoltenberq cavabın detallarını açıqlamasa da, xarici KİV-lər NATO-nun Rusiyanın tələblərini böyük ehtimalla rədd etdiyini yazır.

Baş katibin sözlərinə görə, fikir ayrılıqları dialoq və diplomatiya yoluyla həll edilməlidir. Stoltenberq Rusiya və NATO-nun qarşılıqlı şəkildə ofislərinin yenidən açılmasını təklif edib.

Qeyd edək ki, Rusiya ABŞ-dan 1997-cı ildən sonra Avropaya yerləşdirdiyiqüvvələrini geri çəkməsini, NATO-dan şərq ölkələrə doğru hərbi fəaliyyətini dayandırmasını və digərlərini tələb edir. Prezident Vladimir Putin bu tələblərlə bağlı NATO-dan təcili yazılı cavab istəmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR