Dünyada koronavirusa yoluxma hallarının sayı 370 milyonu ötüb

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 370 milyon nəfəri ötüb.

Metbuat.az xəbər verir ki, infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 669 min nəfərə, sağalanların sayı 292 milyon 717 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 75 milyon 271 mindən çox insan yoluxub, onlardan 905 min 661 nəfəri həyatını itirib, 45 milyon 806 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 40 milyon 858 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 493 min 218 nəfər vəfat edib, sağalanların sayı 38 milyon 360 min nəfərə çatıb.

Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 25 milyon 40 min nəfər virusa yoluxub, onlardan 625 min 948 nəfəri ölüb, 22 milyon 162 min nəfəri sağalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR