Zooparkda dəhşətli anlar: Ana qızını ayının qəfəsinə atdı - Nəhəng canlı uşağa yaxınlaşıb... / VİDEO

Özbəkistanın paytaxtı Daşkənddə yerləşən zooparkda dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, ana qızını ayının olduğu əraziyə atıb. Məlumata görə, qız uşağı 5 metr hündürlükdən ayının qarşısına düşüb. Zuzu adlı ayı uşağa yaxınlaşaraq onu iyləyib. Daha sonra nəhəng canlı uşağa xəsarət yetirmədən uzaqlaşıb. Dərhal əraziyə daxil olan zoopark işçiləri ayını qəfəsinə yönləndiriblər. Ardınca uşaq xilas edilib.

Həkimlər uşağı müayinə edəndən sonra məlum olub ki, o hündürlükdən düşdüyü üçün yüngül xəsarətlər alıb. Ananın niyə belə addım atdığı araşdırılır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR