Kim Çen Inın ŞOK GÖRÜNTÜLƏRİ: Yeriməkdə çətinlik çəkir -

Şimali Koreyanın dövlət telekanalında yayımlanan sənədli filmdə ölkə lideri Kim Çen Inın görüntüləri diqqət çəkib.

Metbuat.az xəbər verir ki, Kim Çen Inın arıqlaması onun səhhəti ilə bağlı bəzi iddiaların ortaya atılmasına səbəb olub. Sənədli filmdə pilləkandan enən Kim Çen Inın yeriməkdə çətinlik çəkdiyi müşahidə edilib.

Sənədli filmdə müəllif Kim Çen Inın çəki itirməsi barədə belə deyib:

“Xalqın dərdini düşünərkən qara, yağışa və küləyə inadla sinə gəlməsi onun necə böyük olduğunu göstərir”.

Qeyd edək ki, bundan əvvəl Kim Çen In çəki atdığını ifadə etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR