Ərdoğan-Putin görüşünün vaxtı hələlik məlum deyil - Kreml

“Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan görüş üçün müxtəlif tarixləri nəzərdən keçiriblər”.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov belə açıqlama verib. O bildirib ki, hələlik görüş üçün dəqiq tarix müəyyənləşdirilməyib. “Tərəflər görüşün epidemioloji vəziyyət və prezidentlərin qrafiki imkan verən kimi baş tutmasında maraqlıdırlar”- deyə Peskov bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR