Peskovdan “Bloomberg”in səhv başlıqlı xəbərinə

Peskov "Bloomberg" nəşrinin səhvini qlobal gərginliyin təsviri adlandırıb.

Metbuat.az xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, Vaşinqtondan, Londondan, Avropanın digər paytaxtlarından gələn sonsuz aqressiv bəyanatların doğurduğu vəziyyətin nə qədər təhlükəli olduğunun gözəl nümayişidir.
"Bu, Avropadakı həmkarlarımızın bu aqressiv hərəkətləri nəticəsində yaranmış həddindən artıq gərginlik mühitinin hansı nəticələrə gətirib çıxara biləcəyinin nümunəsidir", - deyə sözçü şərh edib.

Qeyd edək ki, fevralın 5-də ABŞ-ın “Bloomberg” xəbər agentliyi öz saytında Rusiyanın Ukraynaya “işğal” etməsi ilə bağlı səhvən başlıq dərc edib və sonradan yalan məlumatı dərc etdiyinə görə üzr istəyib. Yalan və təxribat xarakterli nəşrin agentliyin saytında necə yer alması halları araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR