Bir qrup azərbaycanlı Ukraynadan Moldovaya keçib

Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib.

Metbuat.az-ın xəbərinə görə, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov onların qarşılanması və yerləşdirilməsi barədə Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan “Diaspor TV”yə məlumat verib.

“Son üç gündə təxminən 500 nəfər gəlib. 70-80 nəfərlik qrupla Kişinyov şəhərinə gətirib, burada yerləşdiririk. Səfirlik hazırda həmin şəxslərin viza problemi ilə məşğuldur. Təyyarə ilə Rumıniyadan İstanbula uçuş var, bunun üçün də Azərbaycan vətəndaşlarına viza lazımdır. Bu gün səhərdən 25 nəfəri Kişinyova göndərmişik və daha 10 nəfər də gəlməlidir”, - Elçin Bayramov qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR