Rusiyalılar yalnız bu ölkələrə təyyarə ilə səfər edə bilərlər -

Ukraynadakı hərbi əməliyyatlardan sonra bütün Qərb ölkələri öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.

Metbuat.az "Obozrevatel"ə istinadən xəbər verir ki, hazırda Rusiyadan olan turistlər təyyarə ilə birbaşa cəmi 15 ölkə səyahət edə bilərlər.

Beləliklə, hazırda rusiyalılar yalnız Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər, Mərakeş, Belarus, Hindistan və Şri-Lankaya birbaşa reyslə uçmaq imkanına malikdirlər.

Qeyd edək ki, martın 6-dan Azərbaycan və Rusiya aviaşirkətləri də qarşılıqlı olaraq uçuşları dayandırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR