Ukraynadan belə qaçıb: Polşada olduğu açıqlandı - FOTOLAR

Ukraynada yaşayan və Prezident Vladimir Zelenskiyə bənzərliyi ilə seçilən özbəkistanlı Ümid İsabayev ölkədən qaçıb.

Metbuat.az xəbər verir ki, o Polşaya gedib. Bildirilir ki, İsabayev həm Zelenskiyə bənzədiyinə görə öldürülə biləcəyindən ehtiyat etdiyi üçün həm də təhlükəsizlik məqsədilə Polşaya qaçıb. Məlumata görə, onun Ukraynadan qaçmasına Şimali Koreya lideri Kim Çen Ina bənzərliyi ilə seçilən Hovard X və prezident Vladimir Putinə bənzərliyi ilə seçilən Sobala kömək edib. Onlar Ukraynadakı əlaqələrindən istifadə edərək, İsabayevin ölkədən çıxması üçün xüsusi qrup qurublar.

Qeyd edək ki, Ümid İsabayev Zelenskiyə bənzərliyindən istifadə edərək pul qazanırdı. İsabayev, Zelenksi hələ prezident olmamış onunla görüşmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR