"Paşinyanın Putinə zəngləri vəziyyəti dəyişə bilməz" - Politoloqlardan AÇIQLAMA

"Ermənistan rəsmiləri və erməni separatçıları yeni hiyləyə əl atıblar. Onlar son açıqlamalarında Qarabağdakı son gərginliyi Ukraynadakı müharibəylə əlaqələndirirlər".

Bu açıqlamanı Metbuat.az-a politoloq Elxan Şahinoğlu edib. Onun şərhinə görə, ermənilər bu cəhdləri ilə demək istəyirlər ki, Azərbaycan Rusiyanın Ukraynada müharibəyə başının qarışmasından istifadə edərək Qarabağdakı mövqelərini gücləndirir.


"Anlamırlar ki, Ukraynada müharibə olmasaydı belə biz qarşımızda dayanan hədəflərə çatmalıyıq. Birinci hədəf odur ki, separatçılar tərkisilah olunmalıdır. İkincisi Xocalı qəsəbəsi və Şuşanın kəndləri boşaldılmalı, Laçın dəhlizi nəzarətimizə keçməlidir. Bununla da bütün Qarabağ Azərbaycan qanunları ilə idarə olunacaqdır. Amma Ermənistan rəsmiləri və Qarabağ separatçıları son gərginliyi Ukraynadakı müharibə ilə əlaqələndirərkən Kremlin qorxusundan Rusiya və Azərbaycan prezidentlərinin fevralın 22-də imzaladıqları bəyanat haqqında danışmaq istəmirlər. Həmin bəyanatın birinci bəndinə görə Qarabağda separatçı qalmamalı və rusiyalı hərbçilər Azərbaycana hədəflərinə çatmaqda mane olmamalıdırlar".

Siyasi şərhçi Asif Nərimanlı isə Ermənistanın Baş naziri Nikol Paşinyanla, Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı barədə qeyd etdi ki, erməni Baş nazirin zənginin nəyisə dəyişdirəcəyi ehtimalı da azdır:


"Azərbaycan Ordusu suveren ərazilərimizdə hərəkət edir və böyük ehtimalla Rusiyanın aktiv müdaxiləsi olmayacaqdır.Pproseslər Azərbaycan və Rusiya arasında imzalanan son bəyannamədən sonra Qarabağda da vəziyyətin dəyişdiyini deməyə əsas verir. Baş verənlərin 10 noyabr razılaşmasının 4-cü bəndinin – qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə nəticələnəcəyi gözləntisini artırır. Birincisi, Bakının bu məsələdə israrı artıq praktiki mərhələyə keçib, ikincisi Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı razılaşmalarda ciddi irəliləyişin olması Rusiya üçün də lazımlıdır" deyə ekspert fikrini yekunlaşdırıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR