MİDA bugünkü satışla bağlı siyahını açıqladı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bu gün satışa çıxarılan mənzillərlə bağlı sosial şəbəkələrdəki müzakirələrdən sonra siyahı yayımlayıb.

Metbuat.az xəbər verir ki, bildirilib ki, 442 mənzilin seçimində 8938 nəfər iştirak edib.

Seçilmiş mənzillər barədə statistik məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

https://mida.gov.az/az/statistics/statistics_34

Qeyd edək ki, mənzillərin bir neçə saniyəyə satılması sosial şəbəkələrdə tənqid olunub. İstifadəçilər bildirib ki, saniyələr ərzində seçim prosesini icra etmək mümkün deyil, buna görə də şəffaflıq sual doğurur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR