Ermənistan Rusiya əleyhinə sanksiyalara qoşuldu

Ermənistan bankları ABŞ-a Rusiya əleyhinə sanksiyaları dəstəkləyəcəyini vəd edib.

Metbuat.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi deyib.

Qeyd olunur ki, təxminən bir ay əvvəl səfir Ermənistan banklarının rəhbərləri ilə görüş keçirib və Qərb sanksiyalarından yan keçərək Rusiyaya yardım etməməyə çağırıb.

"ABŞ Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini alqışlayır və Ermənistanın bank sektorunun nümayəndələri ilə bu məsələ ilə bağlı müntəzəm təmasları dəstəkləyir", - səfir deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR