Dar şalvar geyinmək qadağan olundu -

Şimali Koreyada dar şalvar geyinmək qadağan olunub.

Metbuat.az "The Sun"a istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İn verdiyi növbəti qərarla gündəmə gəlib. Belə ki, Kim Çen İn vətəndaşların dar şalvar geyinməsini qadağan edən qərar imzalayıb. Ölkədəki gənclərin Qərb trendlərini izləməsi lideri narahat edib. Buna görə də yeni qadağa ilə bağlı qərarın verildiyi bildirilir.

Məlumata görə, polis şöbəsinə gətirilən dar geyinənlərə izahat yazdırılır, "Təkrar moda cinayəti törətməyəcəklərinə" dair öhdəlik tələb olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR