Türkiyədə SAT imtahanı suallarını satan azərbaycanlılar saxlanılıb

Ankara Baş Prokurorluğu Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələr üçün olan “Scholastic Aptitude Test” (SAT) imtahanının suallarını satan 6 nəfəri saxlayıb.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, testləri 2-3 min dollara satanlar azərbaycanlı və iranlı şəxslərdir. Məlum olub ki, təqsirləndirilənlər testləri Azərbaycandan apararaq teleqram kanalı vasitəsilə Türkiyədə satıblar.

Əməliyyatlar zamanı Əfsanə G, Fərnaz H, Fuad K, Ələkbər K, Səid K. və Əli A. saxlanılıb. Aparılan axtarış zamanı 11 SAT imtahanına giriş sənədi, 18 SAT imtahan sual kitabçası və çoxsaylı rəqəmsal materiallar aşkar edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR