Dövlət televiziyası "nüvə xəritəsi"ni yayımladı: 7 ölkə təhdid edildi -

Rusiyanın dövlət televiziyası Rossiya 1 Moskvanın mümkün nüvə həmləsi ilə bağlı xəritə yayımlayıb.

Metbuat.az xəbər verir ki, dövlət televiziyasında yayımlanan proqramda bildirilib ki, İsveç və Finlandiya NATO-ya daxil olaraq bölgədə hərbi bazalar qurarsa Rusiya bu ölkələrlə sərhədə taktiki nüvə silahları yerləşdirə bilər. Dövlət nümayəndəsi bildirib ki, Finlandiya və İsveçin NATO-ya qoşulmalarının ən böyük səbəbi qorxudur. Proqramda deyilir: “O ölkələr NATO-ya üzv olandan sonra daha çox qorxacaq.

İsveç və Finlandiyada NATO bazaları yerləşdirilərsə bu balansı neytrallaşdırmaq üçün Rusiyanın taktiki nüvə silahlarla təhdid etməkdən başqa yolu qalmır”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR