Azərbaycan Basketbol Federasiyasının yeni loqosu təqdim olunub.

Metbuat.az xəbər verir ki, loqoda basketbol topu, basketbol meydançası, bayraq lentləri və buta simvolu yer alıb. Loqodan veb-saytlarda, milli komandanın formalarında istifadə ediləcək.

Bundan əlavə, milli komandanın formalarının da təqdimatı gerçəkləşib.