Kim Çen Inın görüntüsü gündəm oldu:

Şimali Koreya lideri Kim Çen In koronavirusla bağlı toplantıda siqaret çəkib.

Metbuat.az xəbər verir ki, Kim Çen In siqaret tutduğu barmaqlarıyla pandemiyaya qarşı lazımi tədbirlər görülmədiyi üçün məmurlara barmaq silkələyib. Kim Çen Inın bu davranışı yerli sakinləri də təəccübləndirib. Xarici KİV-lər yazır ki, pandemiya Şimali Koreyada böhran ortaya çıxara bilər. Bildirilir ki, Şimali Koreyada koronavirusa yoluxanların sayı 1,72 milyona çatıb. 62 nəfər həyatını itirib.

Şimali Koreya ilk rəsmi yoluxmanı ötən həftə açıqlamışdı. Şimali Koreya COVAX proqramı çərçivəsində ölkələrə dəstək məqsədilə edilən peyvənd təklifini rədd etmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR