Polşadan çağırış: Rusiyaya qarşı daimi bazalar qurulmalıdır

Polşa hakimiyyəti ölkədə daimi NATO bazaları inşa etməyə hazırdır.

Metbuat.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateusz Moravieçki açıqlama verib. O Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropanın şərqinə daha çox NATO hərbçisini yerləşdirməyə çağırıb.

Baş nazirin sözlərinə görə, NATO Avropanın şərq bölgəsində yerləşən ittifaq ölkələrində daimi bazalar inşa etməlidir. Baş nazir qeyd edib ki, Rusiyanı çəkindirməyin tək yolu hərbi fəaliyyətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR