Türkiyə hərbçisi İraqda şəhid olub

İraqın şimalında aparılan “Pəncə-Kilid” antiterror əməliyyatında Türkiyə Ordusunun hərbçisi şəhid olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çavuş İslam Sancaq ötən gün PKK terrorçuları ilə atışmada ağır yaralanaraq xəstəxanaya qaldırılsa da, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR