Ermənistanda polislə etirazçılar arasında aksiya,

Ermənistanın paytaxtı İrəvanda baş vermiş toqquşmalarda saxlanılanlara qarşı cinayət işi açılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan polisinin yaydığı açıqlamada bildirilir.

Qeyd edilib ki, İrəcanın Dəmirçyan-Paronyan küçələrinin kəsişməsində keçirilən itaətsizlik mitinqinin təşkilatçılarının çağırışları nəticəsində etirazçılar qanunsuz davranış nümayiş etdiriblər: "Hadisə ilə bağlı 11 nəfər saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Asayiş keşikçilərinin qanuni əməllərinə tabe olmayıblar, həmçinin polis əməkdaşlarına şüşə, daş və metal əşyalar atıblar. Hadisə nəticəsində 34 polis əməkdaşı və 16 mülki şəxs müxtəlif dərəcəli xəsarətlərlə müxtəlif tibb müəssisələrinə çatdırılıb”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, polislə aksiyaçılar arasında baş verən toqquşmalar zamanı 50 nəfər xəsarət alıb. Onlar arasında polis əməkdaşları da var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR