PSJ "Türkiyənin Messisi"ni almaq istəyir

Fransa nəhəngi Paris Saint-Germain (PSJ) "Fənərbaxça"nın 17 yaşlı super istedadı Arda Gülərlə maraqlanıb.

Metbuat.az TRT Spor-a istinadən xəbər verir ki, fransızlar bu transferdə maraqlıdır və uzun müddətdir ki, danışıqlar gedir.

Nəşrin məlumatına görə, hətta Arda Güləri bir çox dünya nəhəngləri - Arsenal”, “Liverpul” və “Mançester Siti” kimi ingilis klubları mövsüm ərzində yaxından izləyib.

Qeyd edək ki, Arda Gülər 16 yaşında mövsümün ən gənc oyunçusu olub. 17 yaşlı futbolçu mövsümü 16 oyun, 3 qol və 4 məhsuldar ötürmə ilə başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR