ABŞ-dan Şimali Koreyaya nüvə xəbərdarlığı

“Şimali Koreya nüvə silahını test edəcəyi təqdirdə çox güclü cavab alacaq”.

Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən belə açıqlama verilib. Bildirilib ki, nüvə silahının test edilməsi BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulması deməkdir. “Belə bir testə sürətli və güclü şəkildə cavab veriləcək. Bütün dünya güclü və qəti şəkildə cavab verəcək. Biz hazırıq” - deyə açıqlamada bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR