Türkiyənin "Fənərbağça" klubu futbolçusu Mesut Özillə yollarını ayırıb.
Metbuat.az "NTV Spor"a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, təcrübəli oyunçu 2021-ci ilin yanvarında "Arsenal"dan ayrılaraq İstanbul təmsilçisi ilə 3,5 illik sözləşmə imzalamışdı. Özil bu ilin mart ayında sabiq baş məşqçi İsmail Kartalla məşqdə mübahisə etdiyi üçün heyətdən kənarlaşdırılmışdı.