ÜST-dən daha bir ölümcül virusla bağlı xəbərdarlıq -

Ümumdünya Səhiyyə Təşkilatı Afrikanın Qana ölkəsində marburq virusunun yayıldığını elan etdi.

Metbuat.az ÜST-ə istinadən xəbər verir ki, Seneqalın Dakar şəhərindəki Pasteur İnstitutu, Qananın cənubundakı Aşanti bölgəsindən - həm ölən, həm də ishal, qızdırma, ürəkbulanma və qusma kimi simptomlar göstərən iki xəstənin hər birindən nümunələr aldı.

Laboratoriya onların xəstəliyinin marburq virusu olduğunu təsdiq etdi.

Birinci ölüm 26 iyun 2022-ci ildə baş verib - 26 yaşlı kişi xəstəxanaya müraciət edib və 27 iyunda vəfat edib. İkinci ölüm hadisəsi isə iyunun 28-də 51 yaşlı kişinin xəstəxanaya müraciət etməsi və elə həmin gün dünyasını dəyişməsi zamanı baş verib. Hər iki hal bir-birindən bir neçə gün sonra eyni xəstəxanada baş verib.

Marburq daha çox tanınan ebola virusu ilə eyni ailədən olan yüksək yoluxucu viral hemorragik qızdırmadır. Bu hadisə ilə artıq Qərbi Afrikada zoonoz xəstəlik ikinci dəfə aşkarlanıb.

Afrikada marburq xəstəliyinin daha əvvəl yayılması hallarının Anqola, Konqo Demokratik Respublikası, Keniya, Cənubi Afrika və Uqandada olduğu bildirilib. ÜST qonşu yüksək riskli ölkələrlə əlaqə saxlayıb və onlar həyəcan vəziyyətindədirlər.

Qeyd edək ki, marburq insanlara meyvə yarasalarından ötürülür və yoluxmuş insanların bədən mayeləri, səthləri və materialları ilə birbaşa təmas nəticəsində insanlar arasında yayılır. Xəstəlik kəskin şəkildə, yüksək hərarət, şiddətli baş ağrısı və halsızlıq ilə başlayır. Bir çox xəstə yeddi gün ərzində ağır hemorragik əlamətlər inkişaf etdirir. Virusun müalicəsi üçün təsdiqlənmiş peyvəndlər və ya antiviral müalicələr olmasa da, dəstəkləyici qayğı – oral və ya venadaxili mayelərlə rehidrasiya – və spesifik simptomların müalicəsi sağ qalma potensialını artırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR