63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər

2022-ci ilin iyun ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 509 997 şəxs 852 536 dəfə müraciət edib.

Metbuat.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən xəbərə görə, vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 1 985 678 olub.

Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 58 %-i və göstərilən tibbi xidmətlərin 57 %-i regionların payına düşür.

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Abşeron, Yevlax, Balakən, Quba, Xaçmaz və Ağdaş rayon mərkəzi xəstəxanaları.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR