Sərt xəbərdarlıq: Hər hücuma görə mütləq cavab verəcəksiniz

“ABŞ və Qərb müharibə cinayətlərinə görə cavab verəcək. Qərb hesab gününün mütləq olacağını unutmasın”.

Metbuat.az xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi belə bəyanat yayıb. Açıqlamada ABŞ və Böyük Britaniyanın Əfqanıstanda insanlara qarşı cinayət davranışları sərgilədiyi vurğulanıb. Açıqlamada Qərbin dünyada dinc insanlara qarşı qətliamları pislənib. Bildirilib ki, Qərb ölkələri dünyada bir sıra soyqırımlar törədib. Şimali Koreya ABŞ-ın Əfqanıstan, Suriya və İraqda dinc insanlara qarşı hücumlarına diqqət çəkib.

Qeyd edək ki, Şimali Koreyanın bəyanatının "Əl-Qaidə” lideri Ayman əl Zəvvarinin məhv edilməsindən sonra yayılması diqqət çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR