Alma ürəyin işemik xəstəliyinə qarşı müdafiə edir

Alma qəbulu xolesterin səviyyəsini və bununla da ürək-damar xəstəliklərini, o cümlədən ürəyin işemik xəstəliyi riskini azaltmağa kömək edir.

Ürəyin işemik xəstəliyi çox vaxt orqanları qanla təmin edən damarların divarlarında yığılan yağlı çöküntülərdən qaynaqlanır. Yüksək xolesterin olan insanlarda da ürək xəstəliyinə tutulma ehtimalı yüksəkdir.

Xolesterini azaltmaq üçün kifayət qədər lif istehlak etmək vacibdir.

“Express”ə istinadla xəbərə görə, alma ən yaxşı lif mənbələrindən biridir. Gündə üç almanın qəbulu xolesterinin azalması zərurətindın söhbət getdikdə faydalı ola bilər.

Ümumiyyətlə, daha çox meyvə, tərəvəz, kəpəkli taxıl bitkiləri və paxlalılar istehlak edərək lif qəbulunu artırmaq olar. Bundan başqa, yüksək xolesterin probleminin qarşısını almaq və aradan qaldırmaq üçün ümumi sağlam həyat tərzinə riayət etmək vacibdir - bu pozuntu adətən doymuş yağlı qidaların qəbulu, eləcə də qeyri-kafi fiziki fəallıq, artıq çəki və həddindən artıq alkoqol istehlakı ilə əlaqələndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR