ABŞ tarixində bir ilk:

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın sabiq Prezidenti Donald Trampın Floridada yerləşən “Mar-a-Laqo” malikanəsində axtarış aparıb.

Metbuat.az “Reuters”-ə istinadən xəbər verir ki, bunun səbəbi Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlıdır.

Sabiq prezident isə yazılı açıqlama yayıb:

“Mənim gözəl evim - Florida ştatının Palm Beach şəhərindəki Mar-A-Lago indi mühasirədədir Böyük bir qrup FTB agenti tərəfindən basqın edilib və zəbt edilib, bu millətimiz üçün qaranlıq zamandır Bundan öncə heç bir prezidentin başına belə bir şey gəlməyib", - deyə Tramp narazılıq edib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR