Nazirlik qaranlıqda telefon və planşet istifadə edənlərə xəbərdarlıq edib

"Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır".

Mtbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.

O bildirib ki, bu, uşaqlarda həmçinin boy hormonunun ifrazına mane olur: "Ümumiyyətlə, bu məsələ ilə bağlı tədqiqatlar aparılır. Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər".

N.Həsənova onu da vurğulayıb ki, bəzi eynəklərin insanı kompüter şüasından qoruduğu elmi baxımdan təsdiqini tapmayıb: "Həmin eynəklərin 100 faiz qoruduğu barədə fakt yoxdur. Kompüter arxasında oturanlar mütləq gözlərini tez-tez qırpmalıdır və nəmləndirici damlalardan istifadə etməlidirlər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR