ABŞ Çin yaxınlığına raketlər yerləşdirir

Cənubi Koreya Çinin etirazlarına baxmayaraq ABŞ raketlərinin ölkəyə yerləşdirilməsinə razılıq verib.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu, ölkənin daxili məsələsidir və Çinlə müzakirə edilməyəcək.

Qeyd edək ki, Cənubi Koreyanın uzaq mənzilli hava hücumundan müdafiə sistemlərini ölkəyə yerləşdirmək istəməsi Çində etiraz yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR