Anar Kərimov Rəşad Yusifova vəzifə verdi -

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib.

Metbuat. az xəbər verir ki, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Rəşad Yusifovu kollektivə təqdim ediblər.

R.Yusifov öz növbəsində təşəkkürünü bildirib və ona göstərilən etimadı doğruldacağını söz verib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR