Ərdoğana təcili çağırış edildi: Müdaxilə olmasa nüvə fəlakəti baş verəcək

“Ukraynada Rusiya ordusunun nəzarəti altında olan Zaporojya Atom Elektrik stansiyası Avropa üçün ciddi təhlükə yaradıb”.

Metbuat.az xəbər verir ki, “Komsomolets” qəzetinin nüfuzlu jurnalisti Mihaşl Rostovski belə açıqlama verib. O Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edərək, məsələyə müdaxilə etməsini xahiş edib. Jurnalist bildirib ki, müdaxilə olmasa ikinci Çernobıl fəlakəti yaşanacaq.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi agentliyinin rəhbəri Rafael Qrossi Zaporojya Atom Elektrik stansiyası ətrafındakı təhlükə barədə Avropaya çağırış etmişdi.

Ukrayna tərəfi Rusiyanı Zaporojya Atom Elektrik stansiyası ətrafına silah yığmaqda ittiham edib. Ruslar nüvə stansiyasının hədəfə alınmayacağını bildiyi üçün ərazidən silahların saxlanılması üçün istifadə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR