Vaşinqton Kiyevi idarə edir -

"Vaşinqtonun Kiyevə təsir dərəcəsi bütün təsəvvür edilən sərhədləri aşıb. Genişmiqyaslı hərbi və maliyyə yardımı, həmçinin Zelenski rejiminə mənəvi dəstəkdən əlavə, amerikalılar getdikcə münaqişənin birbaşa tərəfinə çevrilirlər. Bu barədə hətta ukraynalıların özləri də danışırlar".

Metbuat.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev TASS-a xüsusi müsahibəsində Rusiya-Amerika münasibətlərindəki hazırkı vəziyyət barədə danışarkən deyib. O deyib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini general Skibitski bu yaxınlarda bildirib ki, “HIMARS” reaktiv yaylım atəşi sistemləri ilə hücumlara başlamazdan əvvəl Ukrayna hərbçiləri ABŞ-ın idarəçiləri ilə məsləhətləşirlər.

"Belə bir şəraitdə Ukrayna məsələlərinə dair konkret nə isə danışmaq problemlidir. Vaşinqton arqumentlərimizi eşitməməyi üstün tutur.Görünür, Avropanın müəyyən dövlətləri Rusiya ilə açıq qarşıdurmaya girsə, Ağ Ev qətiyyən etiraz etməz" deyə Aleksandr Darçiyev bildirib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR