Kliçko 26 illik həyat yoldaşından boşanır

Kiyev şəhərinin meri Vitali Kliçko 26 illik həyat yoldaşı Natalya ilə boşanmaq qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə o, “Babel”ə müsahibəsində deyib. O bildirib ki, bu qərar hər iki tərəfin razılığı ilə olub:

“Sirr deyil ki, biz uzun illərdir təkcə ayrı şəhərlərdə deyil, həm də ayrı ölkələrdə yaşayırıq. Uzun illər – fərqli maraqlar, fərqli həyat. Və biz bunu rəsmiləşdirmək qərarına gəldik”, - Kliçko deyib.

Qeyd edək ki, Kliçko 1996-cı ildən evlidir. Onun Natalya ilə nikahında üç övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR