Türkiyə məqsədinə çatır: ABŞ-dan gözlənilməz dəvət

Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Vaşinqtonun dəvəti ilə ABŞ-a səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfərin məqsədi F-16 təyyarələrinin Türkiyəyə təchizatı və modernləşdirilməsinin tez bir zamanda həyata keçirilməsini müzakirə etməkdir. Xatırladaq ki, bundan əvvəl məsələ ilə bağlı Türkiyədə üç dəfə toplantı keçirilib. Yunanıstan tərəfi F-16 təyyarələrinin Türkiyəyə verilməsinə qarşı çıxır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR