Çin internet nəhəngləri istifadəçilərin alqoritm datasını hökumətə təhvil verib

"Alibaba", "Tiktok"un sahibi "ByteDance" və "Tencent" də daxil olmaqla Çin internet nəhəngləri ilk dəfə olaraq Çin höküməti ilə alqoritmlərin datalarını paylaşıb.

Metbuat.az bu barədə BBC-yə istinadən xəbər verir.

Belə ki, alqoritmlər sosial media istifadəçilərinin nə gördüyünə, nə vaxt və hansı sırayla gördüyünə qərar verir və sosial media platformalarının böyüməsini sürətləndirmək üçün vacib amildir. Alqoritmlər isə internet şirkətlər tərəfindən qorunur.

Çinin Kiberməkan İdarəsi (CAC) 30 alqoritmin təsvirindən ibarət siyahı dərc edib. Açıqlamada məlumatların sui-istifadəsinin qarşısını almaq üçün alqoritm siyahısının müntəzəm olaraq yenilənəcəyi qeyd edilib.

Sənədlərdə deyilir ki, əsasən, e-ticarət saytlarına məxsus alqoritmlər istifadəçilərə axtarış məlumatları vasitəsilə məhsul və ya xidmətləri tövsiyə edir. "TikTok"un Çin versiyası olan "Douyin" alqoritmində istifadəçinin maraqlarını isə onların nəyə klikləmələr etdiyini, şərh yazmaqlarını, bəyənmələri və ya bəyənməmələri vasitəsilə ölçüldüyü deyilir.

"Trivium China"da texnoloji siyasət araşdırmalarının rəhbəri Kendra Şaefer, məlumatların səthi səviyyədə göründüyünü bildirib.

Bununla belə, Şərqi Çin Siyasi Elmlər və Hüquq Universitetinin Rəqabət Hüququ Araşdırma Mərkəzinin icraçı direktoru Jay Uei hesab edir ki, təqdim olunan məlumatlar daha ətraflı idi: "Bu, ictimaiyyətə açıqlanması mümkün olmayan bəzi biznes sirlərini ehtiva edir" Bloomberg-ə açıqlamasında deyib.

BBC isə "ByteDance" ilə əlaqə saxladıqda şirkət şərh verməkdən imtina edib.

Qeyd edək ki, Çin dünyada internet istifadəçilərinin ən böyük bazasına malikdir və e-ticarət, oyun və smartfonlar üçün böyük bir bazardır. Lakin hökümət bu platformaların Çin daxilində ictimai rəyə necə təsir edə biləcəyindən narahatdır və texnologiya və məlumatlara daha çox nəzarət etməyə üstünlük verir. Çin höküməti insanların diqqətini dövlətin ictimai istehlak üçün yararlı hesab etdiyi məzmuna yönəltmək istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR